“Ümumidaxili məhsulun artması qeyri-neft sektorunun inkişafını göstərən amillərdəndir. Dövlət neftdən asılılığı minimum səviyyəyə endirmək üçün bu sahənin inkişafına çalışır. Elə bunun nəticəsidir ki, bu sahəyə güzəştli kreditlər verilir və investorlar cəlb olunur. Təkcə 2017-ci ildə 146 milyon manat güzəştli kredit verilibdir ki, bunun 67,6-sı aqrar sektorun payına düşür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, aqrar sahənin inkişafına yaradılan təməl bizə deməyə imkan verir ki, 2018-ci ildə bol məhsul gözlənilir: “2017-ci il ölkəmizdə dərin iqtisadi islahatlar ili kimi yadda qalıb. Pambıqçılıq, tütünçülük, baramaçılıq, üzümçülük, bağçılıq, tərəvəzçilik və digər sahələrdə əldə olunan naliyyətlər nəticəsində büdcənin gəlirləri artmış, xeyli iş yerləri açılıbdır. Son vaxtlar arıçılığın inkişafı, fındıqçılığın inkişafı ölkəyə böyük gəlir gətirən sahələrdən birinə çevrilibdir. Ölkə rəhbərliyi tərəfindən sənayenin inkişafına diqqət bir neçə ildir ki, öz nəticəsini göstərir.
Xalqımızın qədim sənətlərindən biri olan xalçaçılığın inkişafı ölkə rəhbərliyinin diqqəti və qayğısı nəticəsində inkişaf etdirilərək regionlarda sürətlə xalçaçılıq sexləri açılmaqdadır. Bu sexlərdə qadınlar işlə təmin edilib.
Son vaxtlar Sumqayıt Kimya Sənaye Parkında 4 yeni müəssisə açılıb, Mingəçevirdə Yüngül Sənaye Parkının açılşına hazırlıq işləri gedir, Hacıqabul, Masallı, Sabirabad rayonlarında sənaye məhəllələrinin yaradılması prosesi davam edir.
Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində kənd təsərrüfatı və sənayenin inkişaf istiqamətləri bir daha onu göstərir ki, yaxın müddət ərzində ölkəmizin büdcəsinin çox hissəsi qeyri-neft sektoru hesabına təmin olunacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB