"Dünya İqtisadi Forumu Azərbaycan üçün olduqca əhəmiyyətlidir və Azərbaycan aparıcı ölkələr üçün əhəmiyyətli tərəfdaşdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu forum 48-ci dəfə keçirilir və bu forum artıq bir ənənəyə çevrilib: "Azərbaycan Prezidenti İlham Əliyev bu forumun ən hörmətli, mötəbər qonaqları sırasındadır. Bu İqtisadi Forumda müzakirə olunan məsələlər hər zaman diqqət mərkəzində olub, aparıcı şirkətlər iş adamları öz mövqelərini ortaya qoyublar və Azərbaycanla əməkdaşlıq etmək üçün danışıqlar aparırlar. Bütün bunların hamısı ölkəmizin artıq dünya iqtisadi məkanında çox əhəmiyyətli və tutarlı bir tərəfdaş olduğunu göstərir. Bu forumun ilk dəfə zirvə toplantısının Bakıda keçirilməsi Azərbaycana olan etimadın və hörmətin bir göstəricisidir. Azərbaycan şübhəsiz özünün iqtisadiyyatı, xüsusən də qeyri-neft sektoru sahəsindəki inkişafı, Azərbaycan istehsal etdiyi məhsulların dünya bazarına çıxarılması, qarşılıqlı səmərəli tərəfdaşlığın qurulması üçün çox böyük əhəmiyyətə malikdir".
Musa Quliyev daha sonra qeyd edib ki, Dünya İqtisadi forumunun reytinq cədvəlində də Azərbaycan öz yerini möhkəmləndirir və irəliləyir. Artıq ötən ilə nisbətən Azərbaycan rəqabətli indeskinə görə dünyada beşinci yerdədir və bu böyük nəticədir. Elan olunan çox vacib, iqtisadiyyatın inklüzivliyinə görə Azərbaycan 3-cü pillədə qərarlaşıb və bu da ölkəmizin qısa zaman ərzində inkişaf edilən dövlətlər sırasına keçməsini sübut edir. Bu iqtisadi forumda iştirak etmək Azərbaycanın maraqlarıyla yanaşı, həmdə bizim ərazi bütövlüyümüzlə bağlı məsələlər dünyada beynəlxalq aləmdə sələndirilir. Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsi üçün Dünya İqtisadi Forumu çox dəyərli bir platformadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB