Dünya Bankının Azərbaycan üçün müsbət PROQNOZLARI

Dünya Bankının Azərbaycan üçün müsbət PROQNOZLARI

Dünya Bankı (DB) 2018-2020-ci illərdə Azərbaycanın iqtisadi artım tempinin 2,6% səviyyəsində olacağını proqnozlaşdırır. SİA-nın xəbərinə görə, 2018-ci ildə Azərbaycanda ÜDM 0,9, 2019-cu ildə isə 1,5 faiz təşkil edəcək.

Ötən ilin iyun ayında dərc olunan hesabatda bank 2018-ci ildə Azərbaycanda ÜDM-in 0,3 faiz, 2019-ci ildə - 0,2 faiz artım olacağı proqnozunu vermişdi.

Dünya Bankı 2020-ci ilədək Azərbaycanda iqtisadi artım tempinin 2,6 faiz səviyyəsində proqnozlaşdırır.

2018-ci ildə Azərbaycan hökuməti ÜDM-in artımını 1,5, 2019-cu ildə - 4 faiz, 2020-ci ildə isə 3,7 faiz səviyyəsində proqnozlaşdırır.

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ÜDM-də azalma 0,2, orta illik inflyasiya isə 13,4 faiz təşkil edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə