"Aksiz dərəcələrini artırmaq yerli istehsalı gücləndirəcək" AÇIQLAMA
"Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarı 2018-ci ilin yanvarın 23-dən qüvvəyə minir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılacaq. Belə bir zamanda ölkədə istehsal olunan bəzi malların idxalına vergi aksizlərin artırılması düzgün addımdır. Düzdür, bu müəyyən mallarda qiymət artımına gətirib çıxara bilər. Alıcı öz seçimini edəcək. Hətta elə ölkələr vardır ki, daxili istehsalının stimullaşdırılması məqsədi ilə bəzi malların idxalına qadağa qoyulub. Nazirlər Kabinetinin idxal olunan bəzi malların aksiz dərəcələrinin qaldırılması ilə bağlı qəbul olunmuş qərarı daxili bazarın qorunması məqsədini daşıdığından bunu doğru və vaxtında atılmış addım hesab edirəm. Dünya iqtisadiyyatında aksiz dərəcələrini artırmaq yerli istehsalı gücləndirmək, daxili imkanları genişləndirmək məqsədi daşıyır. Tələbatın daxili imkanlar hesabına ödənilməsi ölkənin iqtisadi siyasətində hər zaman prioritet olub. Dünya təcrübəsindən də aydın görünür ki, yerli məhsullara tələbat çoxalsın deyə, idxal məhsullarına aksiz dərəcələri artırılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB