Yanğın hadisəsi baş verib

Masallıda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Mahmudavar kəndində 1938-ci il təvəllüdlü Məzahir Kazımova məxsus ümumi sahəsi 280 kv/m olan iki mərtəbəli evdə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın kəşfiyyatı zamanı M. Kazımovun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Mariya Kazımovanın yanmış meyiti tapılıb.

İlkin məlumata görə, yanğına qaz sobasında yaranmış nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə