"Azərbaycanın xarici ticarət saldosu müsbətə doğru dəyişib"
"Azərbaycan iqtisadiyyatında ötən ildən geriləmə olsa da, bu il onun sürəti xeyli azalıb. Sözügedən göstərici ötən ilki 3,9%-dən bu il 0,2%-ə endirilib və bu ilin yekununda Azərbaycanda təxminən bu qədər iqtisadi geriləmə gözləyirik". Bunu maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu, 2018-ci ildə iqtisadi artıma nail olmağa imkan verir.
"İqtisadi geriləmənin qarşısının alınması istiqamətində görülmüş işləri beynəlxalq maliyyə qurumları, o cümlədən bu ay Bakıda missiyası səfərdə olmuş Beynəlxalq Valyuta Fondu da yüksək qiymətləndirir. Fond makro-iqtisadi sabitliyin bərqərar olunmasına, idxalın azaldılmasına, yerli istehsalın inkişafının stimullaşdırılmasına böyük önəm verir. Çünki bu, Azərbaycanın valytua mövqeyinə də müsbət təsir göstərir, ölkənin valyuta ehtiyatlarının artmasına imkan yaradır", - deyə o, qeyd edib.
Nazir vurğulayıb ki, bu ilin əvvəlindən Azərbaycanın xarici ticarət saldosu müsbətə doğru dəyişib və təxminən 5 milyard dollarlıq göstərici əldə olunub: "Doğrudur, burada neftin qiymətinin artmasının da rolu var, amma hər halda idxalın əvəzləşdirilməsi və ixracın sürətlənməsi nəticə verməkdədir. Ölkəyə daha çox valyuta daxil olub. Bu, Azərbaycanın tədiyyə balansına da müsbət təsir edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB