"Bitcoinin qiyməti 2018-ci ildə 60 min dollara çata bilər"
Kriptovalyuta təşəbbüskarı Juluan Hosp "Bitcoin"-in qiymətində sürətli yüksəlişin hələ sona çatmadığını iddia edir. Hosp "Bitcoin"-in qiyməti 2018-də 60 min dollara çata bilər", - deyə, açıqlama verib.
İnsanların virtual pullar ilə xərclərini asanlaşdırmağı qarşısına məqsəd qoymuş "TenX"in banisi olan Hosp qeyd edib ki, "Bitcoin"-in 60.000 dollar səviyyəsinə çatdığını görəcəyik: "Eyni zamanda qiymətin 5.000 dollar səviyyəsinə geriləyəcəyini də görə biləcəyimizi hesab edirəm. Burada sual hansını əvvəl görəcəyimizdir".
"Bitcoin"-in qiymətində son günlər baş verən geriləməni məmnuniyyətlə qarşıladığını, bu tənəzzülün alış üçün fürsət olduğunu, deyən Hosp "Bitcoin"-in qiymətin zaman-zaman yaşanacaq eniş və qalxışlar ilə yuxarı hərəkətini davam etdirəcəyinə inandığını ifadə edib.
"Bitcoin"-in bir "köpük" olduğunu və hər kəsin pulunu itirəcəyini hesab etmirəm", deyən Hosp, qarşıdakı bir və ya iki ildə kriptovalyuta bazarında bir konsolidasiya (birləşmə) gözlədiyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB