Azərbaycanın mövqeyi BMT sənədlərinə əsaslanır, tamamilə müstəqildir AÇIQLAMA
“Prezident Donald Trampın imzaladığı məlum sənəd İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmədiyindən, BMT sənədlərini ayaq altına atdığından dünya birliyinin onun əleyhinə səs verməsi də tamamilə təbiidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti heç bir ölkənin maliyyə yardımına möhtac deyil və cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yürüdülən siyasət ədalətə, beynəlxalq normalara və BMT sənədlərinə əsaslanır, tamamilə müstəqildir.
Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ qətnaməyə veto qoymuşdu. ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.
Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB