“BakuBuild” 16-cı Azərbaycan Beynəlxalq inşaat sərgisi keçiriləcək
Oktyabrın 20-dən 23-dək ilk dəfə olaraq Bakı Ekspo Mərkəzində "İteca Caspian LLC" və Böyük Britaniyanın İTE Group PLC" şirkətlərinin birgə təşkilatçılığı ilə "BakuBuild" 16-cı Azərbaycan Beynəlxalq inşaat sərgisi keçiriləcəkdir. SİA-nın məlumatına görə, bu sərgini "Xəzər inşaat həftəsi" də adlandırmaq olar.
Builki tədbirdə 15 ölkədən 250-dən çox şirkətin iştirakı gözlənilir. Onlar kompleksin üç pavilyonunu, həmçinin kompleksə bitişik açıq meydançası tutacaqlar. Sərginin ənənəvi iştirakçılarından olan Almaniya və İtaliyanın milli stendləri ilə yanaşı, Finlandiya və İranın milli qrupları da iştirak edərək bu sektorun aparıcı şirkətlərini təqdim edəcəklər. Bu il də öz universallığını qoruyub saxlayacaq "BakuBuild" sərgisində istehlakçılar tikinti, təmir və interyer üçün tələb olunan hər bir şeyi tapa biləcəklər. Gələcək tərəfdaşlar üçün isə bu sərgi regionda inşaat sektoru mütəxəssislərinin ən iri və unikal işgüzar forumuna çevriləcəkdir. Sərgini seminarlar və yeni texnologiyaların təqdimat mərasimləri, şəhərsalmanın planlaşdırılması və Bakının sərhədlərinin genişləndirilməsinə həsr edilmiş "dəyirmi masa"nın da daxil olduğu zəngin proqram müşayiət edəcəkdir.
"BakuBuild-2010" sərgisi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ticarət və Sənaye Palatası, Memarlar İttifaqı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB