Daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur

Daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur

"Gələcəkdə Azərbaycanda daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur".

SİA-nın məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.

"Bu mərkəzdə bütün dövlət qurumları cəmləşdiriləcək. Sevindirici haldır ki, hal-hazırda fəaliyyət göstərən data mərkəzə təkcə dövlət qurumları yox, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən şirkətlər də maraq göstərir", - deyə nazir vurğulayıb.

Azərbaycanın regionda ən böyük data mərkəzinə sahib olduğunu xatırladan R.Quluzadə Yevlaxda Ehtiyat Data Mərkəzinin qurulduğunu əlavə edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə