7 terrorçu saxlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərində İŞİD qruplaşmasının tərəfdarı olan 7 terrorçu saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qruplaşma üzvləri Sankt-Peterburqda dövlət muzeylərini və insanların kütləvi toplaşdığı digər məkanları partlatmağı düşünüblər.

Saxlanılan şəxslərin mənzilindən partlayıcı vasitələr və silah-sursat aşkar edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə