Son iki gündə banklarda dolların alış qiymətinin cüzi də olsa artım meylində olduğu müşahidə edilir. Dünən uzun müddətdən sonra GünayBank dolların alış qiymətini 1.70 manata qaldırmışdı.
Bu gün günortadan sonra AmrahBank Dolların alış qiymətini 1.6990 manatdan 1.70 manata, Bank BTB isə 1.6970 manatdan 1.70 manata qaldırıb.
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankda keçirilmiş hərracda manatın ortaçəkili məzənnəsi 1.70 manatdan 1,7001 səviyyəsinə yüksəlib.
Bankların kassalarından bildirirlər ki, son 2 gündə Dollar alanlar artıb.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB