"Ulu Öndər milyonların qəlbində silinməz izlər buraxıb" MÖVQE

"Ulu Öndər milyonların qəlbində silinməz izlər buraxıb" MÖVQE

“Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi, o cümlədən, dünya siyasətində yeri, mövqeyi və idarəçilik məktəbinin digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma, parçalanma, vətəndaş müharibəsi, qardaş qırğını, etnik separatizm təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və dövlətin bütün atributlarını qurub-yaradan Ümumilli Lider Heydər Əliyevin vətən və xalq qarşısında xidmətləri əvəzsizdir, misilsizdir: “Bu gün titanik inkişaf və tərəqqi yolunu tutan güclü Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıllıqla irəliyə doğru aparılır. Ölkəmiz artıq dünya birliyində öz məxsusi yerini tutub.

Azərbaycanın ayaqüstdə durmasına, güclü inkişafına, qüdrətinə görə də təbii ki, bu iki şəxsiyyətə - Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə borcludur. Onlarsız Azərbaycanı təsəvvür etmək mümkün deyil.

Bir sözlə, Ulu Öndər Heydər Əliyev bir ailənin oğlu kimi dünyaya gəldi, amma bütöv bir xalqın oğlu kimi milyonların qəlbində silinməz izlər buraxdı, onların kədərilə əbədiyyətə qovuşdu”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə