İqtisadçı: “Çıxarışların elektronlaşdırılması müsbət haldır"
“Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən, mənzilin dövlət reysterindən çıxarışı (“kupça”) elektron qaydada veriləcək. Dəyişikliyə əsasən, mənzilin hüquqi sahibi öz elektron imzası ilə “Elektron Hökumət” portalı vasitəsi ilə bu sənədə sahib ola biləcək”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, “Kupça”ların elektron verilməsi həm proseduraların sayının azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır: “Bununla yanaşı, bizim apardığımız monitorinqlər göstərir ki, Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reysterindən çıxarışları yoxdur. Buna görə də, kommunal xidmətlər ilə tam təmin edilmiş yeni tiklilərin dövlət tərəfindən təhvil alma prosesinin sürətlənidirilməsinə ehtiyac var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı təkliflərdə həmçinin 2016-cı ildən əvvəl tam istifadəyə verilmiş binaların hamısının dövlət qeydiyyatına alınması və mənzillərin elektron olaraq “kupça” ilə təmin olunması da yer alır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB