7 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb

7 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb

Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər həyata keçirilib və nəticədə 7 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, əldə edilən məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayevin yaşadığı evə baxış keçirilib və oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkarlanaraq götürülüb.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Füzuli rayon sakini Əfsər Suanverdiyevdən 1 kiloqram 610 qram marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə