Dekabrın 7-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 198 min 473 ton məhsul təhvil verilib. Bu isə, ötən ilin ümumi göstəricisindən 109 min ton çoxdur.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ötən gün 758 ton pambıq tədarük edilib.
Ən çox pambıq təhvil verən rayonlar bunlardır:
Saatlı 25 min 436 ton,
Biləsuvar 24 min 189 ton,
Bərdə 21 min 389 ton,
Ağcabədi 19 min 454 ton,
Sabirabad 17 min 606 ton.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə