Əhalinin əmanətlərinin həcmi 34% artıb

Əhalinin əmanətlərinin həcmi 34% artıb

2010-cu il sentyabr ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4589,4 mln. manat təşkil edib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, bunun 2720,8 mln. manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4% çoxdur. Depozitlərin 1868,6 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür.

2010-cu il sentyabrın 1-nə banklara qoyulan əmanətlərin 1186,9 mln. manatı (43,6%) manatla, 1533,8 mln. manatı (56,4%) isə xarici valyuta ilə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə