Nazir: "Borcla bağlı düzəlişin edilməsi zərurəti yaranıb"

Nazir: "Borcla bağlı düzəlişin edilməsi zərurəti yaranıb"

"Cari il ərzində bir sıra zəruri layihələr üzrə beynəlxalq maliyyə institutlarından ölkə iqtisadiyyatına kreditlərin cəlb olunması ilə bağlı 2017-ci il dövlət büdcəsi haqqında qanunla 4,5 milyard manat xarici dövlət borclanmasının yuxarı həddi təsdiq edilib. Lakin cari ildə müəyyən səbəblərə görə əsasən də beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqların ehtimal olunduğundan daha uzun zaman tələb etməklə bu günə qədər davam etməsi ilə əlaqədar müvafiq kredit sazişlərinin imzalanması mümkün olmayıb. Nəticədə limitdən 1 milyard 150 milyon manatdan da az istifadə olunması gözlənilir". SİA-nın xəbərinə görə, bunun maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmin layihələrin ölkə üzrə prioritetliyini nəzərə alaraq xarici borclanma limiti üzrə cari ildə istifadə olunmamış 1 milyard 150 milyon manat qalığının 2018-ci ilə keçirilməsi və limit üçün ilkin müəyyən olunmuş ilkin proqnozun yuxarı həddinin artırılaraq 2 milyard 150 milyon manata çatdırılması təklif olunur. Eyni zamanda, qeyd olunmalıdır ki, bu artım da nəzərə alınmaqla dövlət borclanmasının yuxarı həddi limiti üzrə göstərici 2017-ci illə müqayisədə 2 milyard 650 milyon manat və yaxud 48% azdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə