Prezidentin tapşırığı ilə ehtiyac meyarı artırıldı

Prezidentin tapşırığı ilə ehtiyac meyarı artırıldı

Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. SİA-nın məlumatına görə, bununla bağlı maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, "2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilib: "Yəni 14 manat artırılıb. Ehtiyac meyarının artırılması prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin artırılmasını sübut edir. Artımla əlaqədar maliyyə təminatının formalaşdırılması üçün qanun layihəsində dəyişikliklərin edilməsi zərurəti yaranıb".

Qeyd edək ki, 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat müəyyənləşmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə