2017-ci ilin noyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 11 335 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 3 397 625 manat təşkil edib.
İcbari Sığorta Bürosundan (İSB) SİA-ya bildiriblər ki, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 8038-i yaşayış evləri və mənzillər, 220-i inzibati binalar, 3077-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26 faiz azalma, sığorta haqlarının məbləğində isə 58 faiz artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 426, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 28 770 manat təşkil edib.
Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 12 sığorta müqaviləsi bağlanıb, sığorta haqlarının həcmi 11 114 manat olub.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB