Səlim Müslümov: “Əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq"
"Bakı şəhərinin mərkəzində olan bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq". SİA-nın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.
Nazir bildirib ki, pandusları Bakı Nəqliyyat Agentliyi quraşdıracaq: "Şəhərdə 421 ədəd Avropa standartlarına uyğun panduslar qoyulması təmin olunacaq".
Səlim Müslümov həmçinin bildirib ki, Azərbaycan əhalisinin 6 faizinin sağlamlıq imkanları məhduddur, bu, dünyada çox aşağı göstəricilərdən biridir: “Ümumiyyətlə Azərbaycan əhalisi sağlam əhalidir: "Bizim millət sağlam millətdir. Azərbaycan əhalisi nisbətən gənc əhalidir. Azərbaycanda əlilliyi olan şəxslərin çoxu torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində xəsarət alanlardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB