"Azərikimya"nın balansında olan teplovoz əsaslı təmirdən sonra istismara verilib
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen, Üzvi sintez və Səthi aktiv maddələr zavodlarını əhatə edən 138,3 kilometrlik dalan dəmiryollarında təmir-bərpa işləri aparılır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, artıq xəttin 67,5 kilometrlik hissəsində görülən işlərin ilkin mərhələsi başa çatdırılıb, bu hissə işlək vəziyyətə gətirilib.
Dalan dəmiryollarının təmir-bərpa işləri ilə paralel surətdə Birliyin balansında olan dəmiryol çənlərinin, həmçinin daxili manevrlər, ünvana gələn və ünvandan göndərilən yüklərin qəbul edilib yola salınması üçün istifadə edilən teplovozların təmiri və rənglənməsinə başlanılıb. Bu günlərdə bir teplovoz əsaslı təmirdən sonra Etilen-polietilen zavodunun istismarına verilib. Yaxın günlərdə daha bir teplovozyn təmir edilərək istismara verilməsi gözlənilir. Analoji işlərin davam etdirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB