“Transneft” Azərbaycandan neft nəqlini dayandırdı Zəlzələdən sonra

“Transneft” Azərbaycandan neft nəqlini dayandırdı Zəlzələdən sonra

“Transneft” baş vermiş zəlzələdən sonra Bakı-Novorossiysk neft kəməri ilə nəqli dayandırıb. SİA-nın məlumatına görə, bunu şirkətin rəsmi nümayəndəsi İqor Demin deyib.

Onun sözlərinə görə, neft kəmərinin Şirvan sahəsində yoxlamalar aparılır. İ.Demin günorta saatlarında nəqlin bərpa olunacağı bildirilib.

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb. (Trend)

Bütün xəbərlər Facebook səhifəmizdə