Bakı-Tbilisi-Qars Avropa mediasında

Avropa İttifaqı (Aİ) məsələlərini işıqlandıran "EurActiv" xəbər portalında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə yayımlanıb.

SİA-nın verdiyi məlumata görə, məqalədə BTQ dəmir yolunun açılış mərasimindən ətraflı bəhs edilir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və digər nüfuzlu qonaqların çıxışlarından sitatlar gətirilir.

Yazıda yenicə istifadəyə verilmiş BTQ dəmir yolu xəttinin tikintisi barədə məlumat verilərək, onun region ölkələri üçün əhəmiyyəti, Böyük İpək Yolunun reallaşması istiqamətində töhfələrdən bəhs olunur.

Eyni zamanda, yeni dəmir yolunun Avropa və Çin arasında quru əlaqəsi üçün tələb olunan vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə imkan yaratdığı da vurğulanır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə