Stolüstü tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb
3-5 noyabr tarixlərində Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçirilib.
SİA-nın məlumatına görə, turnirdə uğurla çıxış edən qız tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu stolüstü tennis üzrə Azərbaycanın qazandığı ilk lisenziyadır.
Qeyd edək ki, növbəti Gənclərin Olimpiya Oyunları 2018-ci ilin oktyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək. İndiyədək bu yarışlar 2010-cu ildə Sinqapurda, 2012- ci ildə Avstriyada, 2014-cü ildə Çində, 2016- cı ildə isə Norveçdə keçirilib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB