Böyük Britaniya parlamentinin Lordlar palatasında SOCAR və BP arasında əməkdaşlığın 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Lordlar palatasının üzvləri Richard Rizbi, David Evans, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Böyük Britaniyanın Avropa və Amerika üzrə dövlət naziri Alan Dankan, Böyük Britaniyada fəaliyyət göstərən bir çox ölkələrin səfirləri, SOCAR-ın və BP-nin nümayəndələri, parlament rəsmiləri iştirak ediblər.
Lord David Evans təşkil olunmuş bu görüşün uzun illərdir ənənə halını aldığını və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Sonra SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək, SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat verib, ötən 25 ildə həyata keçirilmiş uğurlu layihələrdən danışıb.
Daha sonra çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”nin təməlinin qoyulması, onun davamçısı Prezident İlham Əliyev tərəfindən bu müqavilənin 2050-ci ilə qədər uzadılması çox əlamətdar hadisədir. “Özümü xoşbəxt hiss edirəm ki, belə bir tarixi hadisədə mən də iştirak etmişəm”, - deyə Qəri Counz vurğulayıb.
Sonra görüş qarşılıqlı müzakirələr və axşam ziyafəti ilə davam edib.
Qeyd edək ki, SOCAR-BP əməkdaşlığının 25 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində oktyabrın 30-da Kembric Universitetində SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadənin çıxışı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB