İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

SİA-nın verdiyi məlumata görə, bu barədə İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi deyib.

Onun sözlərinə görə, İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının yeni həmsədri olaraq Azərbaycana ilk səfərini edəcək.

İran rəsmisi bildirib ki, onun Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Məhəmməd Rza Nəcəfi əlavə edib ki, Həsən Ruhani ikinci dəfə prezident seçildikdən sonra qonşularla, xüsusilə Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq və fəallaşdırmaq istəyir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə