“Prezident İlham Əliyevin regionlara səfəri qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələrin effektivliyini daha da artırmaq və yeni layihələrin əsasını qoymaq məqsədi daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrində infrastruktur layihələri həyata keçirilir və ölkəmiz sürətlə inkişaf edərək, yüksək pillələrə doğru irəliləyir. Ölkə başçısı qeyri-neft sektorunun inkişafını prioritet məsələ kimi qarşıya məqsəd qoyaraq baramaçılığın, pambıqçılığın, tütünçülüyün, üzümçülüyün və digər sahələrin inkişafı ilə bağlı bir sıra sərəncamlar imzalayıb və həmin sahələrin inkişafı ilə bağlı güzəştlər müəyyənləşdirilib. Kənd təsərrüfatı sahəsində məhsul istehsalının artırılması gələcəkdə emal sahələrin açılmasına xidmət göstərəcək ki, buda xeyli iş yeri deməkdir. Dövriyyədən kənarda qalmış minlərlə hektar torpaq sahəsinin yenidən dövriyyəyə qaytarılması kənd təsərrüfatının inkişafına xidmət edəcəkdir. Regionlarda həyata keçirilən melorativ tədbirlər min hektarlarla torpağın suvarma dövriyyəsinə qaytarılması kənd təsərrüfatı məhsullarının məhsuldarlığına xidmət deməkdir.
Prezidentin regionlara səfəri zamanı açılışında iştirak etdiyi sənaye parklarının, istehsal sahələrinin, yol infrastruktur layihələrinin, əhalinin dayanıqlı enerjili təminatının təmin edən yarımstansiyaların, təhsil və səhiyyə mərkəzləri “ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin kompleks tədbirlərində nəzərdə tutulan tədbirlərdir. Demək olar ki, hər gün regionlarda bir neçə yeni istehsal sahələri açılır. Bu isə regionların inkişafının dövlətin diqqət mərkəzində olduğunu sübut edir.
Prezident İlham Əliyevin sistemli iqtisadi siyasətinin uğurlarının nəticəsidir ki, Azərbaycanın rəqabətliliyi daha da inkişaf edərək möhkəmlənibdir. Bu inkişafın davamı olaraq Azərbaycan Dünya Iqtisadi Formunun “ 2017–2018 Qlobal Rəqabətlilik Hesabatı” ında 2 pillə yüksələrək 35-ci yerdə qərarlaşıbdır.
Hədəf daha da inkişaf edərək G 20–yə daxil olmaqdır. Azərbaycan ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişafı edir və qarşıya qoyulan hədəflərə yaxınlaşır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB