Son üç ayda 54 ədəd transformator məntəqəsi və müxtəlif güclü 103 transformator əsaslı təmirdən keçib
"Azərenerji" ASC avtotransformator qurğularını tam hazır vəziyyətə gətirmək məqsədi ilə bir sıra hazırlıqlar görür. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində 35, 110 və 330 kilovoltluq elektrik verilişi xətlərində 62 kilometrə yaxın hissəsi əsaslı təmir edilib. 2 ədəd traves, 3 ədəd dayaq və 1800-ə yaxın izolyator yenisi ilə əvəz edilib ki, bu da enerjinin ötürülməsində dayanıqlığı daha da artırıb.
35, 110 və 330 kilovoltluq yarımstansiyalarda isə 6 ədəd transformator, 7 ədəd yağ açarı əsaslı, 25 ədəd transformator və 60 ədəd yağ açarı isə cari təmir edilib. Qeyd edək ki, 110 kV-lik II "Veyisli" elektrik verilişi xəttinin eleqaz açarlı yuvası quraşdırılıb və istismara verilib. 330 kV-lik "Gəncə" yarımstansiyasında 125 MVA-lıq avtotransformatorun 330 kV-lik I sistem şin ayırıcısı və xətt ayırıcısı müasir tipli ayırıcılarla əvəz edilib. 110 kV-lik I və II "Veyisli" elektrik verilişi xəttinin rele-mühafizə qurğuları yenisi ilə dəyişdirilib. Bununla yanaşı, I və II "Kür" EVX-də də analoji iş həyata keçirilib. 110 kV-lik "Zəyəm" yarımstansiyasında 25 MVA gücündə 2 saylı transformator əsaslı təmirdən çıxıb. İki ədəd - 125 və 200 MVA-lıq avtotransformator cari təmir olunub. Bundan başqa, 35 kV-lik "PQ-50" yarımstansiyasında 3,2 MVA-lıq transformator 4 MVA-lıqla və onun yağ açarı eleqaz açarı ilə əvəz edilib. Bütün bunlarla yanaşı, müəssisənin balans mənsubiyyətinə aid olan yüksək gərginlikli digər avadanlıq və EVX-lərdə də əsaslı və cari təmir işləri həyata keçirilib. Müəssisənin xidməti ərazilərində - Şəmkir, Gədəbəy, Tovuz, Gəncə, Samux, Daşkəsən, Göygöl, Ağstafa və Qazax bölgələrində son üç ayda 54 ədəd transformator məntəqəsi və müxtəlif güclü 103 transformator əsaslı təmirdən keçib. Paralel olaraq, 160 transformator məntəqəsi və 454 transformatorda isə cari təmir işləri həyata keçirilib. Eyni zamanda müəssisənin xidməti ərazilərindəki ümumi uzunluğu 106 kilometrə yaxın 0,4 - 6 və 10 kV-lik elektrik verilişi xətlərində də yenidənqurmq, əsaslı və cari təmir işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB