Türkiyəyə gələn xarici turistlərin sayı açıqlanıb

Türkiyəyə gələn xarici turistlərin sayı açıqlanıb

Avqust ayında Türkiyəyə səfər edən xaricilərin sayı 46,4 faiz artaraq 4 milyon 658 min 463 nəfər təşkil edib. Rus turistlərin sayı isə 8 ayda 26 faiz artıb.

Qonşu ölkəyə səfər edən rusların sayı 21,98 milyon nəfər olub. Səfər edən rusların sayı avqustda 671, yanvar-avqust aylarında 892 faiz artıb.

Avqustda Türkiyəyə gələn xaricilər, əsasən, bu şəhərlərə səfər edib.

1. Antalya (turistlərin 37,07 faizi bu şəhərə səfər edib)

2. İstanbul (turistlərin 26,80 faizi bu səhərə səfər edib)

3. Muğla (turistlərin 8,72 faizi bu şəhərə səfər edib)

4. Edirnə (turistlərin 7,47 faizi bu şəhərə səfər edib)

5. Artvin (turistlərin 6,71 faizu bu şəhərə səfər edib).

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə