"Türkiyə hakimiyyəti qəti addımlar atmalıdır" AÇIQLAMA

"Türkiyə hakimiyyəti qəti addımlar atmalıdır" AÇIQLAMA

"İlk növbədə "Qərbi Ermənistan Konqresi" ifadəsinə diqqət etmək lazımdır. Bu ifadənin özü ermənilərin Türkiyəyə qarşı əsassız ərazi iddialarını ehtiva edir. Çünki onlar "Qərbi Ermənistan" dedikdə, Türkiyənin şərq vilayətlərini nəzərdə tuturlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, səfər edənlər Türkiyənin əsasən erməni əsilli, HDP üzvləri,

ona yaxın və iqtidara müxalif olanlardır. Bu şəxslər çıxışlarında etdikləri səfər ilə Türkiyə-Ermənistan münasibətlərini yaxşılaşdırmaq üçün çalışdıqlarını deyirlər. Əslində isə tarixdə olmayan "erməni soyqımını" təbliğ edirlər və Türkiyənin ərazisində separatçılığı təşviq edirlər.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna və digər ərazilərinə edilən bu səfər bir neçə çirkin məqsəd daşıyır. Səfərin Azərbaycan-Türkiyə münasibətlərini pozmağa və türk ictimai rəyində Ərdoğan hakimiyyətini gözdən düşürməyə çalışan mərkəzlərin layihəsi olduğu qənaətindəyəm. Səfəri təşkil edənlər yaxşı bilirlər ki, Azərbaycan dövləti icazəsi olmadan Ermənistan tərəfindən işğal edilmiş ərazilərə səfər edənləri "qara siyahıya" salır və axtarışa verir. Bu səfər həm də Türkiyə daxilində gedən partiyalararası siyasi mübarizənin təzahürlərindən biri olub, mövcud iqtidarın nüfuzunu aşağı salmağa yönəlib. Belə hallar həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına qəti şəkildə ziddir. Türkiyə hakimiyyəti qəti addımlar atmalıdır ".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə