Ermənistanın yeganə çıxış yolu torpaqları qaytarmaqdır AÇIQLAMA
“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşü bəzi pozitiv məqamlarla yadda qaldı. Artıq Ermənistan dalana dirənib”. Bu sözləri SİA-ya açıqlamasında QHT sədri, internet media eksperti Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, son 10 ilin danışıqlarına diqqət yetirildikdə , Azərbaycan tərəfinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində addımlar atdığı açıq şəkildə görsənir:
“Ermənistan isə əksinə, hər zaman provakativ mövqeyi ilə danışıqlar masasından qaçmağa, mövcud status - kvonu qoruyub saxlamağa çalışır. Prezident İlham Əliyev dəfələrlə ən ali tiribunalarda mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan edib. Artıq sıravi ermənilər də ölkələrindəki xaotiq durumu dərk edib, müxtəlif yollarla hökümətə təzyiqlər göstərirlər. Belə bir regional siyasi gərginliklər fonunda Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqları geri qaytarmaqdan ibarətdir. Hesab edirəm ki, Ermənistan artıq iqtisadi blokadadan çıxmaq yollarını axtarır ki, bu da növbəti danışıqlarda pozitiv məqamların olacağına ümüd yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB