Nazir müavini Azərbaycan-Kuba işgüzar görüşü barədə jurnalistlərə açqılama verib
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Kuba işgüzar görüşü barədə jurnalistlərə açqılama verib. SİA-nın məlumatına görə, o qeyd edib ki, tədbirin başlıca məqsədi qonaqları Azərbaycan iqtisadiyyatı ilə yaxından tanış etmək, ölkəmizin nailiyyətlərini əyani olaraq nümayiş etdirmək və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və imkanları ilə bağlı fikri mübadiləsini həyata keçirməkdir.
Nazir müavini onu da bildirib ki, Kuba tərəfindən kifayət qədər tanışlıq səfərləri edilib: "Son səfərin məqsədi Azərbaycan haqqında geniş məlumata yiyələnmək, bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, tibb, turizm sahələrində fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində heç bir sənəd imzalanması gözlənilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB