Saxlama müddəti ötmüş 190 kiloqrama yaxın ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda R.Behbudov küçəsi, ev 71 ünvanında Şövkət İsmayılovaya məxsus mağazada, S.Əsgərova küçəsi, ev 175, mənzil 34 ünvanında Vüqar Əsədullayevə məxsus mağazada, Nərimanov rayonunda Ə.Əliyev küçəsi, ev 39, mənzil 37 ünvanında yerləşən "Gültac market"də, Ə.Əliyev küçəsi, ev 14A ünvanında yerləşən "N ailə market"də, Nizami rayonunda Keşlə qəsəbəsi, İ.Həbibov küçəsi, ev 49 ünvanında Əbülfət Səfərova məxsus mağazada, Məşədi Hilal küçəsi, 15, ev 3 ünvanında yerləşən "Fidan market"də, Y.Səfərov küçəsi, 22 ünvanında Şaiq Əsgərova məxsus mağazada, Q.Qarayev prospekti, ev 27, mənzil 15 ünvanında Ramil Məmmədova məxsus mağazada, Babək prospektində yerləşən "Rəmz market"də, C.Naxçıvanski küçəsi, 72 ünvanında yerləşən "Ulduz market"də, Xətai rayonunun Əhmədli qəsəbəsində M.Hadi küçəsi, ev 1 ünvanında yerləşən "Mizan market"də, M.Hadi küçəsi, 21 ünvanında yerləşən "24 saat market"də, N.Tusi küçəsi, 43 A ünvanında yerləşən "24 saat market"də, Xaçmaz rayonunda H.Əliyev küçəsində Eldəniz Nuriyevə məxsus mağazada, ümumi çəkisi 190 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə