Milli Net Müsabiqəsinə start verilir
Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı ilə sentyabrın 29-da Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin başlanmasına həsr olunan mətbuat konfransı keçiriləcək. Təşkilat komitəsindən SİA-ya verilən xəbərə görə, mətbuat konfransında Milli Net-2010 müsabiqəsinin məqsədi, qaydalardakı dəyişikliklər, müsabiqənin mərhələləri, qiymətləndirmə meyarları haqqında məlumat veriləcək. Tədbirə ekspertlər, QHT və KİV təmsilçiləri dəvətlidirlər.

Qeyd edək ki, Milli Net-2010 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır. Mətbuat konfransı 29 sentyabr 2010-cu il tarixdə saat 13:30-da Azərbaycan Media Mərkəzinin konfrans zalında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə