YUNESCO təhsildə İKT-nin istifadəsinə dair müsabiqə elan edir

YUNESCO təhsildə İKT-nin istifadəsinə dair müsabiqə elan edir
YUNESKO təhsildə informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə dair Kral Hamad Bin İsa Əl-Xəlifə mükafatı üçün müsabiqə keçirir. Bu barədə SİA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verib. Təlim, tədris və ümumi elmi fəaliyyətin keyfiyyətini yüksəltmək üçün İKT-nin tətbiq edilməsini nəzərdə tutan ən yaxşı layihələrə şamil ediləcək mükafat 12 yanvar 2011-ci il tarixində Parisdə, YUNESKO-nun Baş Qərargahında təqdim olunacaq.

Mükafat diplom və 2 qalib arasında bölünəcək 50 000 ABŞ dolları məbləğində pul vəsaitindən ibarətdir. Qaliblər 5 müxtəlif milliyyətdən olan müstəqil üzvlərdən təşkil olunmuş beynəlxalq münsiflər heyətinin tövsiyələri əsasında YUNESKO-nun baş direktoru tərəfindən seçiləcək.

Daha ətraflı məlumatı buradan əldə etmək olar. Son müraciət tarixi: 29 sentyabr, 2010
Əlavə məlumat üçün - 598-07-36 (əlaqələndirici şəxs – Gülnarə Hüseynova).

Bütün xəbərlər Facebook səhifəmizdə