Avqust ayının 30-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. “Bloomberg” terminalında dollar 0,23% dəyər itirərək 1.6953 manat səviyyəsinə düşüb.
Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6992 manat məzənnəsi ilə yekunlaşıbdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB