Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb.

Bu barədə SİA-ya Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Palata tərəfindən Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 1,500,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100260S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, sözügedən notların tədavül müddəti 28 gündür.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə