Ermənistanda zavodda partlayış baş verib

Ermənistanda zavodda partlayış baş verib

Ermənistanda zavodda partlayış baş verib. SİA xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, bu gün saat 13:10 radələrində İrəvan şəhəri Şenqavit inzibati rayonunda “Nairid-1” zavodunun anbarında partlayış baş verib.

Partlayış böyük yanğına səbəb olub. Yanğının mürəkkəbliyi nəzərə alınmaqla hadisə yerinə 6 yanğınsöndürmə qrupu göndərilib.

Hadisə yerinə çox sayda xilasetmə, polis, yanğınsöndürmə və İrəvanın 1-03 saylı təcili yardım briqadaları göndərilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə