Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
2010-cu il sentyabrın 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. SIA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb. Qeyd edək ki, müşahidə şurası təqdim olunmuş fondun 2010-cu il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə