Azərbaycan 51 dövlət arasında 3 il müddətinə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
21-22 sentyabr 2010-cu il tarixində Parisdə keçirilmiş Bitki Karantini və Mühavizəsi üzrə Avropa və Aralıq Dənizi təşkilatlarının Şurasının iclasında Azərbaycan 51 dövlət arasında yekdil səslə 3 il müddətinə təşkilatın İcraiyyə Komitəsinə üzv seçilib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-a verilən məlumata görə, şuranın bu qərarı ölkəmizlə EPPO təşkilatı üzv ölkələri arasında əməkdaşlığın genişləndirilməsində və fitosanitariya sahəsində beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynaması gözlənilir. Qeyd edək ki, Azərbaycan Respublikası 01 fevral 2007-ci il tarixli Qanunu ilə Azərbaycan Hökuməti "Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının Yaradılması haqqında" Konvensiyaya ona dair bəyanat ilə qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB