SOCAR və “LUKoil” Türkiyə bazarında birgə işləyəcək?

SOCAR və “LUKoil” Türkiyə bazarında birgə işləyəcək?

Rusiyanın “LUKoil” neft şirkəti Türkiyədəki bazar payını artırmaq üçün SOCAR ilə danışıqlar aparır. “Enerjigunlugu.net” xəbər verir ki, bu barədə “LUKoil”un İdarə Heyətinin üzvü Vadim Vorobyov deyib.

Türkiyənin neft bazarının “LUKoil” üçün strateji əhəmiyyət daşıdığını bildirən V.Vorobyov şirkətin bu ölkədə bazar payını artırmaq üçün müxtəlif variantları nəzərdən keçirdiyini qeyd edib. “Bununla bağlı SOCAR tərəfindən təklif almışıq. SOCAR ilə Türkiyədə birgə satış və satınalmalar həyata keçirməyi düşünürük. Lakin hazırda danışıqlar davam edir və müəyyən bir nəticəyə gəlinməyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə