“Azərenerji” ASC-nin bölgələrdəki ödəniş göstəricilərində artım müşahidə olunub

“Azərenerji” ASC-nin bölgələrdəki ödəniş göstəricilərində artım müşahidə olunub
Cari ilin avqust ayında müəssisə üzrə 19,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-a verdikləri məlumata görə, bölgələrdə işlər son sürətdə davam edir. Salyan paylayıcı elektrik şəbəkəsində cari ilin avqust ayında müəssisə üzrə 19,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin eyni dövründəki istehlakdan 14,3 faiz çoxdur. Ümumi ödəniş isə ötən ilin eyni dövründəki ödənişə nisbətən 16,1 faiz artmışdır. O cümlədən, ötən ayların debitor borcu da nəzərə alınmaqla 101 faizə yaxın olmub. Qeyd edək ki, daimi əhali istehlakçı qrupu üzrə isə 4,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 362,2 min kilovatsaat azdır. Ödəniş isə 97 faizə yaxın olub. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlak azalıb, ödəniş isə 12,2 faiz artıb.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində burada 147 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 84 faizə yaxın olub. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə 48,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 3,3 faiz artaraq 68 faizdən çox olub. Neftçalada da bəziyyət olduqca yaxşıdır. Nefchalada müəssisə üzrə cari ilin avqust ayında 10,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə ötən ilin eyni dövründəki ödənişə nisbətən 32 faizə yaxın artaraq 94 faizdən çox olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 3,2 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə 80 faizdən artıq qeydə alınıb. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş 17 faizə yaxın artıb.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 8 ayı ərzində müəssisəsi üzrə 79,4 milyon kilovstsaata yaxın elektrik enerjisi istehlak edilib. Hesabat dövründə ümumi ödəniş 88 faizdən artıq olub. Bu da ötən ilin eyni dövründəki istehlakdan 30 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda 32,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ödəniş isə 64 faizdən artıq olub. Nəticədə sözügedən istehlakçı qrupu üzrə ötən ilin eyni dövrü ilə müqayisədə ödənişdə artım 8,2 faiz olaraq qeyd elunub. Astarada isə cari ilin avqust ayında 3,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin 93 faizdən çox hissəsi ödənilmişdir ki, bu da ötən ilin eyni dövründəki ödənişdən 18,3 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 2,1 milyon kilovatsaatdan, ödəniş isə 92 faizdən artıq olub.. Bu da ötən ilin eyni dövründəki ödənişdən 9,3 faiz çoxdur.

Onu da qeyd etmək lazımdır ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə 26 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Bu dövr ərzində ümumi ödəniş isə 82 faizə yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 10,1 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 18,6 milyon kilovatsaata yaxın, ödəniş isə 75 faizdən artıq olub. Bu da ötən ilin eyni dövründəki ödənişdən 2,3 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə