İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Şəmkirdə tədbir keçirilib
Sentyabrın 22-də Şəmkir şəhərində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması" mövzusunda tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 80-ə yaxın sahibkar iştirak edib.
Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların inkişafına böyük önəm verdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib.
Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel Məmmədov dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Şəmkirin də sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Nizami Qasımov çıxış edərək dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, dövlət proqramlarının uğurlu icrasında sahibkarların rolunu qeyd ediblər.
Nazirliyin İqtisadi İslahatlar Elmi–Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri regionların inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində və müasir infrastrukturun yaradılmasında tədqiqatların əhəmiyyətini vurğulamış, elmi-tədqiqatların regionların iqtisadi inkişafına yönəldilməsi sahəsində görülən işlər barədə məlumat veriblər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, sahibkarların beynəlxalq əlaqələrinin inkişafında AZPROMO-nun rolu, Azərbaycan İnvestisiya Şirkətinin şöbə müdiri Elvin Aşırov qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir iştirakçıları Şəmkir rayonunda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələrinin fəaliyyəti ilə də tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB