Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər. SİA- nın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana yola düşəcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə