Neftin qiyməti ucuzlaşır
Neftin qiyməti ucuzlaşır. SİA-nın məlumatına görə, sentyabrın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,91 dollar və ya 1,2% azalaraq 1 barelə görə 73,66 dollar təşkil edib.

Sentyabrın 17-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar azalaraq 78,21 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə