"Azərbaycan İpoteka Fondu"nun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılacaq
Sentyabrın 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu"nun (AİF) faizli, adlı, sənədsiz, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir.
SİA-nın məlumatına görə, hərraca 5 milyon manat məbləğində istiqraz çıxarılacaqdır. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək və istiqrazlar 102,4847 qiymətlə satışa çıxarılacaqdır.
İstiqrazlar 2019-cu il dekabrın 11-də ödəniləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB