Qızıl 4 dollar bahalaşdı

Dünya bazarında qızılı qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,30 dollar bahalaşaraq 1 219,00 dollara, gümüş isə 0,14 dollar artaraq 15,88 dollara satılıb.

Amerika fond bazarında Dow Jones indeksi 0,00% - 21 409,07 bəndədək, S&P 500 0,08% - 2 425,53 bəndədək azalıb, NASDAQ isə 0,27% - 6 193,31 bəndədək bahalaşıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,55% - 7 329,76 bəndədək, Almaniya DAX-ı 0,07% - 12 437,02 bəndədək, Fransa CAC-40-ı isə 0,48% - 5 140,60 bəndədək azalıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə