Hindistanda qızıla tələbat 950 tona çatacaq

Hindistanda qızıla tələbat 950 tona çatacaq

Hindistanda qızılın satışı yerli hökumətin iyulun 1-dən tətbiq etdiyi mallar və xidmətlər üçün yeni unifikasiya edilmiş vergi rejimi çərçivəsində 3 faizlik vergiyə cəlb olunacaq. “Vergiler.az” saytının yazdığına görə, hökumətin bu planı yerli qızıl bazarını hərəkətə gətirib.

Proqnozlara əsasən, yeni vergi rejimi sayəsində 2020-ci ildə Hindistanda qızıla olan tələbat 850-950 tona çatacaq. Bu il isə tələbatın 650-750 ton arasında olacağı gözlənilir. Qızılın ölkəyə kənardan gətirilməsi Hindistanda bu qiymətli metala olan tələbi tamamilə qarşılayır.

Bütün xəbərlər Facebook səhifəmizdə