İqtisadi İnkişaf Nazirliyi: “Çörəyin qiymətində artım qeydə alınmayıb” - MÖVQE

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkə ərazisində unun və çörəyin qiymətinin monitorinqi davam etdirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqlər nəticəsində dünya bazarında buğdanın qiymətinin artması ilə əlaqədar ölkə ərazisində son zamanlar buğda ununun istehsalçı qiymətinin artdığı və bunun nəticəsində unun pərakəndə satış qiymətinin də artması müşahidə edilib.

Bununla yanaşı, ölkə əhalisinin çörəklə təminatında xüsusi çəkisi böyük olan təsərrüfat subyektləri tərəfindən istehsal olunan çörəyin qiymətində indiyədək artım qeydə alınmayıb. Eyni zamanda aparılan təhlillər göstərir ki, buğda ununun hazırkı topdansatış qiyməti ilə çörək istehsalı rentabelli olduğundan, buğda ununun qiymətindəki bu artım çörəyin bahalaşmasına səbəb olmayacaq.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti unun və çörəyin qiyməti ilə bağlı monitorinqlərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...